ƏSƏDOV Oqtay Sabir oğlu (d. 3.1.1955, Erm. SSR, Qafan r-nunun Şәhәrcik k.) – Azәrb. dövlәt xadimi. Azәrb. Dövlәt Neft vә Kimya İn-tunu bitirmişdir (1976). Bakı Mәişәt Kondisionerlәri z-dunda usta kömәkçisi, usta (1976–79), Azәrb. Baş Quraşdırma vә Xüsusi İnşaat İşlәri İdarәsindә böyük mühәndis (1979–81), “Azәrsantexquraşdırma” trestinin böyük texnoloqu, idarә rәisi, birlik rәisi (1981–96), Abşeron Regional Sәhmdar Su Cәmiyyәtinin prezidenti (1996–2005) vәzifәlәrindә çalışmışdır. Azәrb. Resp. Milli Mәclisinin (2, 3, 4, 5-ci çağırış) deputatı seçilmişdir. 2005 ildәn Milli Mәclisin sәdridir. Azәrb. Resp.-nın “Şәrәf” ordeni (2014) ilә tәltif edilmişdir.