ƏSƏDOV Sәttar Mәcid oğlu (15.3.1910, Şuşa – 11.2.1974, Bakı) – Azәrb. zooloquparazitoloqu. Biologiya e.d. (1961), prof. (1969). Azәrb. SSR EA-nın akad. (1968; m. üzvü 1962). Böyük Vәtәn müharibәsi iştirakçısı. Pedaqoji tәmayüllü Şuşa 2-ci dәrәcәli mәktәbdә tәhsil aldıqdan sonra 1929 ildәn Kәlbәcәr r-nunda müәllim, maarif şöbәsindә inspektor, mәktәb direktoru işlәmişdir. Azәrb. Dövlәt Un-tini bitirmişdir (1939). Azәrb. SSR EA Zoologiya İn-tunda laboratoriya müdiri (1945–47), elmi işlәr üzrә direktor müavini (1948–50), direktor (1950–60), 1960–74 illәrdә tәşkil etdiyi ekoloji parazitologiya laboratoriyasının rәhbәri olmuşdur. Tәdqiqatları parazitologiyanın mühüm nәzәri mәsәlәlәrinә, sahiblәrә vә landşaft-ekoloji zonalara görә parazitlәrin xüsusiyyәtlәrinә, onların tәbii vә mәhәlli ocaqlarına hәsr edilmişdir. Ə. Azәrb. әrazisini ekoloji-helmintoloji r-nlara ayırmış vә bu mәqsәdlә xәritәlәr tәrtib etmişdir. Landşaft – ekologiya mәsәlәlәrini araşdıran ilk helmintoloqdur. Ə. 100-dәn çox elmi әsәrin, o cümlәdәn ali mәktәblәr üçün “Onurğalılar zoologiyası” dәrsliyinin (Y.Əbdürrәhmanovla birlikdә) Azәrb. dilinә tәrcümәçisi, orta mәktәblәr üçün Azәrb. dilindә bir sıra zoologiya dәrsliklәrinin, lüğәtlәrin, soraq kitabçalarının vә bir monoqrafiyanın müәllifi olmuşdur. “Azәrbaycan faunası” seriyası onun tәşәbbüsü ilә yaradılmışdır. Kadrların hazırlanmasında xidmәti var. “Şәrәf nişanı” ordeni vә medallarla tәltif edilmişdir.
Əsәri: Гельминтофауна жвачных животных СССР и её эколого-географический анализ. Б., 1960.