ƏSƏDOV Şәmsәddin İsrafil oğlu (20.6. 1949, Ağdam r-nunun Kürdlәr k.–14.3. 2015, Bakı) – Azәrb. genetiki vә seleksiyaçısı. Biologiya e.d. (1994). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1972). Bәrdә r-nunda Muğanlı kәnd orta mәktәbindә müәllim (1972–75), Azәrb. SSR EA Genetika vә Seleksiya İn-tunda baş aqrotexnik (1978–80), kiçik elmi işçi (1980– 83), böyük elmi işçi (1989–2006), aparıcı elmi işçi (2006–08), şöbә müdiri (2008–15) vәzifәlәrindә çalışmış, eyni zamanda pedaqoji fәaliyyәtlә dә mәşğul olmuşdur. Tәdqiqatları ortalifli pambıq sortlarına mutagenlәrin tәsirindәn baş verәn irsi vә qeyri-irsi dәyişkәnliklәrin öyrәnilmәsinә, yaradılmış mutant xәtlәrin hibridlәşmәdә istifadәsinә vә yeni hibridlәşmә sxeminin tәrtibinә, bu metodlarla pambıq bitkisinin yeni mәhsuldar, xәstәliklәrә davamlı forma vә sortlarının yaradılmasına hәsr edilmişdir. Ə. mәhsuldar vә xәstәliklәrә davamlı onlarla pambıq sortu yetişdirmiş, “Qarabağ-11” sortunu rayonlaşdırmışdır. 80-dәn çox elmi әsәrin, 5 kitabın, 1 dәrsliyin vә 2 monoqrafiyanın müәllifidir.
Əsәrlәri: Azәrbaycanda pambığın seleksiyası. B., 2011, Tәcrübәvi mutagenez vә hibridlәşmә yolu ilә ortalifli pambıqların yeni formalarının yaradılması. B., 2012.