ƏSƏDOV Yusif Qәzәnfәr oğlu (d.20. 12.1934, Tovuz r-nunun Almalıtala k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1981), prof. (1988). Azәrb. Dövlәt Pedaqoji İntunu (indiki ADPU) bitirmişdir (1959). Azәrb. SSR EA Fizika İn-tunda (1959–60), SSRİ EA Element-üzvi Birlәşmәlәr İntunda (1960–63) işlәmişdir. 1964 ildә yenidәn Azәrb. SSR EA Fizika İn-tuda fәaliyyәtә başlamış, 1973 ildәn laboratoriya müdiridir. Elmi işlәri yarımkeçiricilәrdә polimorf keçid mexanizminin yüksәk temp-r rentgen metodu ilә tәdqiqinә hәsr olunmuşdur. 200-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.