ƏSƏDOV Ziyafәddin Hәmid oğlu (d.19.7. 1950, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1992), prof. (2003), AMEA-nın m. üzvü (2014). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1972). Azәrb. EA NeftKimya Proseslәri İn-tunda mühәndis (1972–73), kiçik elmi işçi (1976–82), böyük elmi işçi (1982–93), aparıcı elmi işçi (1993– 2002) işlәmiş, 2002 ildәn laboratoriya müdiridir. Tәdqiqatları neftçıxarma sәnayesindә tәtbiq mәqsәdilә yeni sәthi-aktiv reagentlәrin sintezi vә tәdqiqinә hәsr olunmuşdur. 295-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.