ƏSƏDOVA Mәleykә Əlifağa qızı (d.23.4. 1967, Neftçala) – Azәrb. aktrisası. Azәrb. Resp. xalq artisti (2000). Azәrb. Döv-lәt İncәsәnәt İn-tunu bitirmişdir (1987). 1989– 93 illәrdә Azәrb. Gәnclәr Teatrında işlәmiş, burada Gültәkin (“Aydın”, C.Cabbarlı), Leyli (“Leyli vә Mәcnun”, M.Füzulinin eyniadlı poeması әsasında dramatik kompozisiya), Nәzifә (“Dağ tikirik”, V.Sәmәdoğlu), Tamara (“Dadaşbala әmәliyyatı”, R.Əlizadә), Sәdәf (“Sultanqulu körpüsü”, İ.Mәlikzadә) rollarında çıxış etmişdir. Ə. 1993 ildәn Azәrb. Dövlәt Akademik Milli Dram Teatrının aktrisasıdır. Rolları: Kordeliya, Kleopatra (“Kral Lir”, “Antoni vә Kleopatra”, U.Şekspir), Şirin (“Fәrhad vә Şirin”, S.Vurğun), İlkcan (“Pompeyin Qafqaza yürüşü”, N.Hәsәnzadә), Selcan, Çılğın, Arzu (“Özümüzü kәsәn qılınc”, “Dar ağacı”, “İkinci sәs”, B.Vahabzadә), Gültәkin (“Aydın”, C.Cabbarlı), Zәrifә (“Nişanlı qız”, S.Rәhman), Dilarә (“Əcәb işә düşdük”, Ş.Qurbanov), Nübar (“Mәhәbbәt yaşadır”, N.Hacızadә), Fidan (“Ağqoyunlular vә Qaraqoyunlular”, Ə.Əmirli), Mariya Tüdor (“Qadın mәhәbbәti”, V.Hüqo), Aqafya Tixonovna (“Evlәnmә”, N.Qoqol), Nurcahan (“Mәnim günahım”, İ.Əfәndiyev) vә b. Ə. televiziya filmlәrindә dә çәkilmişdir [“Gәnc qadının kişisi” (1988), “Yad qızı” (1990), “Kimdir haqlı?” (1992), “Dodaqdan qәlbә” (1995), “Apardı sellәr Saranı” (1995), “Taleyin qismәti belәymiş” (1996), “Qırmızı qar” (1998), “Güllәlәnmiş heykәllәr” (2002), vә s.] .