ƏSƏDOVA Solmaz Nәriman qızı (d.1.1. 1950, Çin Resp., Dalyan ş.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1990). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1972). 1972 ildәn Azәrb. SSR EA Fizika İn-tunda fәaliyyәtә başlamış, 1986 ildәn baş elmi işçidir. Tәdqiqatları bәrk cisimlәr fizikası vә yarımkeçirici maddәlәrin elektronikası sahәsinә aiddir. İlk dәfә praktik әhәmiyyәtli xassәlәrә malik interkalyasiya olunmuş laylı vә zәncirvarı funksional materiallar almış, onların fiziki vә kristallofiziki qanunauyğunluqlarını müasir üsullarla tәdqiq etmişdir. 600-dәn çox elmi әsәrin müәllifidir.