ƏSƏDULLAYEV Mirzә Şәmsi oğlu (1875, Bakı – 1936, Paris) – sahibkar, ictimai xadim. Azәrb. neft sәnayeçisi Ş.Əsәdullayevin oğlu. Gimnaziya tәhsili aldıqdan sonra atasının neft şirkәtindә әmәk fәaliyyәtinә başlamışdır. Mәşhur sahibkar M.Nağıyevin qızı Ümmülbanu ilә evlәnmişdir. Şirkәtin işi ilә bağlı müәyyәn vaxtlarda Rusiyanın Peterburq vә Moskva ş.-lәrindә yaşamağı, rus tәhsili görmәyi sәbәbindәn Azәrb. dilini mükәmmәl bilmәyәn Ə. 1912 ildә Moskva Konservatoriyası nәzdindә xüsusi musiqi kurslarının dinlәyicisi olan Ü.Hacıbәylidәn ana dili dәrsi almışdır. “Bakı müsәlman xeyriyyә cәmiyyәti”nin sәdri olmuş, mәdәni-maarif tәdbirlәrinә maddi dәstәk vermişdir. 1915 il martın 11dә “Qardaş kömәyi” adlı qәzet buraxmağa başlamışdır (cәmi 1 sayı çıxmışdır). Ə. Rusiyada Fevral inqilabından sonra 1917 ilin martında Müsәlman Milli Şurası Müvәqqәti İcraiyyә Komitәsinin üzvü seçilmişdir. 1918 ildәn Bakı neft sәnayeçilәri qurultayı şurasının sәdri olmuşdur. Ə. Azәrbaycan Milli Şurasının “Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanun”una (1918, 19 noyabr) әsasәn neft sәnayeçilәri qurultayı şurasından AXC parlamentinә seçilmişdir. “Müsavat” vә bitәrәflәr fraksiyasına daxil idi. 3-cü hökumәt kabinәsindә ticarәt vә sәnaye naziri vәzifәsini icra etmiş (1918, dekabr – 1919, mart), Azәrb.-ın xarici ölkәlәrlә ticarәt әlaqәlәrinin yaradılmasına vә yerli sәnayenin inkişaf etdirilmәsinә sәy göstәrmişdir. 1920 ilin mayında hәbs olunmuş, qısa müddәtdәn sonra azad edilmiş, hökumәtdәn rәsmi icazә alaraq xaricә getmiş, ömrünün sonuna kimi Parisdә yaşamışdır. Mәzarı şәhәrin müsәlman qәbiristanlığındadır. Qızı Ümmülbanu Avropada tanınmış yazıçı (Bani n) idi.