ƏSGƏRABAD – Azәrb. Resp. Bilәsuvar r-nunda kәnd. Əsgәrabad ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 5 km c.-da, Cәnubi Muğan (Əzizbәyov) kanalının sahilindәdir. Əh. 4500 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, tibb mәntәqәsi var.