ƏSGƏRAN – Azәrb. Resp. Xocalı r-nunda qәsәbә. Əsgәran qәs. ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 5 km şm.-ş.-dә, Yevlax–Xankәndi d.y.-nun kәnarında, Qarqar çayının sol sahilindә, Qarabağ silsilәsinin şm.-ş. әtәyindәdir. Əh. 1965 (1989). İşğaldan (1992, fevral) sonra әhalisi haqqında mәlumat yoxdur. Şәrab-spirt vә pivә z-dları, orta mәktәb, kitabxana, kinoteatr, uşaq bağçası, dispanser, tibb vә baytar mәntәqәsi, rabitә şöbәsi, 18 әsrә aid qala (bax Əsgәran qalası) var idi.