Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏSGƏRAN DÖYÜŞÜ (1920)

    ƏSGƏRAN DÖYÜŞÜ (1920) – Azәrb. ordu hissәlәrinin mart-aprel aylarında ermәni qoşunlarına qarşı apardığı hәrbi әmәliyyatın tәrkib hissәsi. Hәr iki tәrәf üçün strateji әhәmiyyәt daşıyan Əsgәran Qarabağda hәrbi tәşәbbüsün әldә saxlanması üçün başlıca amil idi. Martın 21-dә ermәni daşnakları Qarabağın bir sıra mәntәqәlәri ilә bәrabәr, Əsgәranda AXC ordusunun  post  qüvvәlәrini  mәhv  etmiş, Əsgәran keçidi bağlanmış, Xankәndi vә Şuşada yerlәşәn hәrbi qarnizon çәtin vәziyyәtә düşmüşdü. Martın 26-dan gen.-m. H.Sәlimov kәşfiyyat apardıqdan sonra Ə.d.nü başladı (29 mart). Döyüşdә 5-ci Bakı piyada alayının bölmәlәri, parlament mühafizә dәstәsi vә partizanlar iştirak edirdi. Süvari qüvvәlәrinә isә Azәrb. 1-ci süvari alayının bölmәlәri cәlb olunmuşdu. Bir neçә  yüksәkliyi  vә  kәndi  әlә  keçirәn qüvvәlәrimizә  hәmin  mövqelәrdә  möhkәmlәnmәk әmri verilsә dә, onlar hücuma keçdilәr. Lakin Əsgәrandan kömәk alan daşnaklar Azәrb. qoşunlarını geri çәkilmәyә mәcbur etdilәr. Döyüşün aparılmasında  partizanlara  deyil,  nizami  hәrbi hissәlәrә üstünlük verilmәsi mәqsәdilә Zaqatala piyada alayının, 7-ci Şirvan alayının, 1-ci Azәrb. süvari alayının, bir dağ topçu batareyasının Ağdama gәtirilmәsi qәrara alındı. Aprelin 3-dә hücuma keçәn Azәrb. qoşunları Əsgәranı vә Xocalını, Ağdam– Əsgәran yolunun üstündәki mәntәqәlәri (Kәtik, Aranzәmin, Naxçıvanik) daşnaklardan tәmizlәdilәr. Ə.d.-nün uğurla başa çatması Azәrb. ordu hissәlәrinin tezliklә Şuşaya daxil olmasına zәmin yaratdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç