ƏSGƏRAN QALASI – Azәrb. Resp. Xocalı r-nunun Əsgәran qәs.-ndә 18 әsrә aid qala. Qarqar çayının sağ vә sol sahillәrindә yerlәşir. Qarabağ xanı Pәnahәli xan tikdirmişdir. Çay daşından inşa edilmişdir. İki istehkamdan ibarәtdir. Sağ sahildәki sәdd ikiqat daşdan hörülmüşdür; sol sahildәki qala dördkünc bürclüdür. Divarlarının qalınlığı 2–3 m-dir. Rusiya–İran müharibәsi zamanı (1804 –13) Rusiya qoşunlarının düşәrgәsi Ə.q. yaxınlığında idi. Rusiya ilә İran arasındakı sülh danışıqları (1810) Ə.q.nda aparılmışdır.
Əd.: Пахомов Е.А. Аскеран (развалины древней крепости). Изв. Азкомстариса, 1926, № 2; Иб рагимбейли Х.М. Россия и Азербайджан в первой трети ХIХ века. М., 1969.
Ясэяран галасы. 18 яср. Хоъалы району.