ƏSGƏRLİ Zaman Şükür oğlu (d.17.1. 1953, Salyan r-nunun Kәrimbәyli k.) – Azәrb. әdәbiyyatşünası, tәnqidçi, publisist. Filologiya e.d. (1992), prof. (2015). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1974). 1979–2002 illәrdә AMEA Nizami ad. Ədәbiyyat İn-tunda müxtәlif vәzifәlәrdә çalışmış, 2008 ildәn hәmin in-tun “Yeni dövr Azәrb. әdәbiyyatı” şöbәsinin müdiridir. Elmi tәdqiqatları, әsasәn, yeni dövr Azәrb. әdәbiyyatının nәzәri mәsәlәlәrinә vә poetik problemlәrinә hәsr olunmuşdur. 6 cildlik “Azәrbaycan әdәbiyyatı tarixi”nin әsas müәlliflәrindәn vә elmi redaktorlarından biridir. Monoqrafiya vә publisistik mәqalәri var.
Əsәrlәri: N.Vәzirovun “Müsibәti-Fәxrәddin” faciәsi. B., 1985; Əziz Mirәhmәdov. B., 2000; Mirzә Şәfi Vazeh. B., 2001; Bakıxanov-Qüdsi. B., 2015.