ƏSGƏROV Aydın Musa oğlu (d.12.5.1948, Cәbrayıl r-nunun Horovlu k.) – Azәrb. botaniki. Biologiya e.d. (1985). 1969 ildә Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir. Azәrb. EA-nın Botanika İn-tunda kiçik elmi işçi (1973–75), baş elmi işçi (1975–85), şöbә müdiri (1985–94), aparıcı elmi işçi (1994–97) olmuşdur. 1997–2007 illәrdә ETM Tәfәkkür Un-tindә kafedra müdiri işlәmiş, 2007 ildәn AMEA-nın Genetik Ehtiyatlar İn-tunda şöbә müdiridir. Tәdqiqatları Qafqaz florasının ali sporlu bitkilәrinә, Azәrb. florasının bir sıra ali bitki qruplarının sistematikası, florogenezi vә genetik fondunun mühafizәsi mәsәlәlәrinә aiddir. Ə. Azәrb. bitkilәrinin yabanı әcdadlarını araşdırmaqla, onların orijinal tәsnifatını vermişdir; Qafqazın ali sporlu bitkilәrinin tәdqiqi ilә mәşğul olmuş, onların növdaxili sistematikasını işlәyib-hazırlamış, elm üçün 10 yeni növ, Qafqaz üçün 2 yeni cins vә 20 yeni növ, Azәrb. florası üçün 2 yeni cins, 12 yeni növ aşkar etmişdir. Ə. florogenez nәzәriyyәsinә yenilik gәtirmiş, Qafqazın pteridoflorasının genezisi vә formalaşması yollarını müәyyәnlәşdirmişdir. 166 elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Папоротники Кавказа. Б., 2001; Azәrbaycanın ali bitkilәri. 3 cilddә. B., 2001–2006.