ƏSGƏROV Əli Rәhim oğlu (d.25.11. 1961, Bakı) – Azәrb. opera müğәnnisi (bas). Azәrb. Resp. xalq artisti (2012). Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1990, L.M. Zairbәyovanın sinfini). 1989 ildәn Azәrb. Dövlәt Opera vә Balet Teatrının solistidir. Əsas partiyaları: qoca әrәb (“Şah İsmayıl”, M.Maqomayev), vәzir (“Vaqif”, R.Mustafayev), don Bazilio (“Sevilya bәrbәri”, C.Rossini), Misir çarı, II Filipp (“Aida”, “Don Karlos”, C.Verdi), Qremin (“Yevgeni Onegin”, P.Çaykovski), Zәrdüşt (“Sehirli fleyta”, V.A.Motsart), Mefistofel (“Faust”, Ş.Quno) vә b. Ə. Bakıda keçirilәn Ş.Mәmmәdova ad. Respublika müsabiqәsinin (1986), vokalistlәrin Bülbül ad. 1-ci Beynәlxalq müsabiqәsinin (1997) laureatıdır. 1998 ildә Kazanda keçirilәn A.Şalyapin ad. 17-ci Beynәlxalq opera festivalının vә bir sıra digәr beynәlxalq opera festivallarının iştirakçısıdır.