ƏSGƏROV Əyyub İsmayıl oğlu (23.2. 1910, Gәncә – 23.3.1996, Bakı) – Azәrb. hüquqşünası, hüquq e.d. (1970), prof. (1972), Əmәkdar elm xadimi (1991). Xalq Tәsәrrüfatı İn-tunu (indiki ADİU) bitirmişdir (1939). Azәrb. SSR KP Şamxor (indiki Şәmkir) r-nunun birinci katibi vәzifәsindә çalışmışdır (1941–43). Azәrb. Dövlәt Un-tindә (indiki BDU) müәllim (1950–55), dosent (1955–72) vәzifәlәrindә işlәmiş, hüquq fakültәsindә “Beynәlxalq hüquq vә xarici ölkәlәrin dövlәt hüququ” kafedrasının müdiri (1976–93) olmuşdur. 100-ә yaxın elmi mәqalәnin, bir neçә dәrsliyin müәllifidir. Beynәlxalq hüququn inkişafında müsәlman hüququnun rolunu vә әsas prinsiplәrini araşdırmışdır. Elmi kadrların hazırlanmasında xidmәti var.