ƏSGƏROV Əziz Hәmzә oğlu (6.5.1907, Dәrbәnd – 6.7.1993, Bakı) – Azәrb. hidrogeoloqu. Geologiya-mineralogiya e.d. (1950), prof. (1950). Azәrb. SSR Əmәkdar elm xadimi (1992). 1934 ildә Azәrb. Dövlәt Un-tini bitirmiş, hәmin ildәn dә un-tin geologiya vә paleontologiya kafedrasında әmәk fәaliyyәtinә başlamışdır. 1943 ildәn un-tin geologiya-coğrafiya fakültәsinin dekanı olmuş, 1951 ildәn ömrünün sonunadәk ümumi geologiya vә hidrogeologiya kafedrasına rәhbәrlik etmişdir. Elmi işlәri Azәrb.-ın mineral sularının әmәlәgәlmәsinin hidrogeoloji şәraitinin, kimyәvi tәrkibinin vә paylanma qanunauyğunluğunun öyrәnilmәsinә hәsr olunmuşdur. Vayxır, Badamlı, Sirab, Qalaaltı vә bir sıra digәr mineral su yataqlarının kәşfi Ə.-un adı ilә bağlıdır. Onun tәşәbbüsü ilә İstisu, Naftalan, Qalaaltı, Nabran, Şuşa vә digәr sumüalicә vә sanatoriya tipli kurortlar yaradılmışdır. 200-dәk elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. “Qırmızı Əmәk Bayrağı” ordeni vә medallarla tәltif olunmuşdur.
Əsәrlәri: Azәrbaycan SSR-in mineral su mәnbәlәri. B., 1954; Минеральные воды Нахичеванской АССР. Б., 1986.