ƏSGƏROV Fәxrәddin Bәhmәn oğlu (d.30.6.1937, Gәncә) – Azәrb. baytar hәkimi, biologiya e.d. (1991), prof. (1993). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1959). Göyçay r-nunda Qızılağac baytarlıq mәntәqәsinin müdiri (1959–61), Azәrb. Elmi Tәdqiqat Baytarlıq İn-tunda laborant, kiçik elmi işçi (1961–62), Azәrb. SSR EAnın Fiziologiya İn-tunda kiçik elmi işçi (1966–69), böyük elmi işçi (1969–74), 1974 ildәn laboratoriya rәhbәri, 1995 ildәn “Beyin vә davranış”, “Neyrofiziologiya” şöbәlәrinin müdiri vә Azәrb. Tibb Un-tinin Elmi Tәdqiqat Mәrkәzindә şöbә rәhbәri (1995–2005) işlәmişdir. Tәdqiqatları motivasion-emosional vә şәrti reflektor reaksiyaların әsasında duran enerjiyaranma vә enerjisәrfetmә mexanizmlәrinin, hәmçinin neyrofizioloji vә neyrokimyәvi proseslәri idarә edәn sinir hüceyrәlәrindә zülalların yenilәşmә mexanizminin, qida vә su motivasiyası zamanı hipotalamus nüvәlәrindә adaptiv-kompensator reaksiyaların morfokimyәvi qanunauyğunluqlarının, tәdqiqatlara görә irәli sürülәn yeni elmi konsepsiyaya әsasәn MSS-indә adaptiv-kompensator proseslәrinin gedişi mәrhәlәlәrinin öyrәnilmәsinә aiddir. 320-әdәk elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Влияние белкового голодания на содержание перекисного окисления липидов, структурах мозга белых крыс в постнатальном онтогенезе (N.Akimova ilә birlikdә). Б., 2008; Окисление липидов и белков организма при белковом голодании. Б., 2009.