ƏSGƏROV Hüseyn Abbas oğlu [d.14. 10.1958, Nax. MR, Naxçıvan (indiki Babәk) r-nunun Aşağı Uzunoba k.] – Azәrb. dilçisi, filologiya üzrә e.d. (2009), prof. (2012). Azәrb. Resp. әmәkdar müәllimi (2012). Azәrb. Dövlәt Un-tinin şәrqşünaslıq fakültәsini bitirmişdir (1981). 1997 ildәn Bakı Dövlәt Un-tinin filologiya fakültәsindә pedaqoji fәaliyyәt göstәrir. 2014 ildәn un-tin Azәrbaycan dili vә әdәbiyyatının tәdrisi metodikası kafedrasının müdiridir. Tәdqiqatları Azәrb. vә türk dillәrinin leksikasına hәsr olunmuşdur. 3 monoqrafiyanın, 60-dan çox elmi әsәrin, dәrs vәsaitinin müәllifidir.
Əsәrlәri: Azәrbaycan dilindә zәrgәrlik leksikası. B., 2002; Azәrbaycan dilindә maddi mәdәniyyәt leksikası. B., 2006.