ƏSGƏROV İlham Tәvәkkül oğlu (d.16. 7.1958, Masallı r-nunun Xoşçobanlı k. – 7.9.2015, Bakı) – Azәrb. aktyoru, bәdii qiraәt ustası. Azәrb. Resp. xalq artisti (2006). Azәrb. Dövlәt İncәsәnәt İn-tunun dram vә kino aktyorluğu fakültәsini bitirmişdir (1980). Ə. 1980 ildәn Azәrb. Dövlәt Akademik Milli Dram Teatrının aktyoru olmuşdur.
Əsas rolları: Əli (“Közәrәn ocaqlar”, M.İbrahimov), Nicat, Hәbib, Sarı Mәrdan, Mәhәmmәdәli xan, İbrahim xan, doktor Altay, Anaşkin (“Mahnı dağlarda qaldı”, “Büllur sarayda”, “Şeyx Xiyabani”, “Hökmdar vә qızı”, “Tәnha iydә ağacı”, “Sevgililәrin cәhәnnәmdә vüsalı”, İ.Əfәndiyev); Fәrhad (“Bәxtsiz cavan”, Ə.Haqverdiyev), Dövlәt bәy (“Aydın”, C.Cabbarlı), Əbu Bәkr (“Atabәylәr”, N.Hәsәnzadә), Yusif (“Nişanlı qız”, S.Rәhman), Qorxmaz (“Od gәlini”, C.Cabbarlı), Narçın (“Qanlı Nigar”, S.Şendil), Mirzә Mәhәmmәdәli (“Anamın kitabı”, C.Mәmmәdquluzadә), Piri baba (“Qaraca qız”, S.S.Axundov), Zob (“Hәyatın dibindә”, M.Qorki), N.Nәrimanov (“Mesenat”, Əli Əmirli), Fransa kralı (“Kral Lir”, U.Şekspir), Axundov (“Qürbәtdәn gәlәn mәktublar”, H.Hәsәnov) vә b. Ə. televiziya tamaşalarında da bir sıra yaddaqalan obrazlar yaratmışdır: Valeh (“Sarıköynәklә Valehin nağılı”, İ.Əfәndiyev), Fikrәt (“Kimdir haqlı?”, B.Vahabzadә), Əziz (“Ər vә arvad”, M.Bayciyev), Bilgә xaqan (“Fatehlәrin divanı”, M.Süleymanlı) vә b. Bir sıra filmlәrin sәslәndirilmәsindә iştirak etmişdir. Ə. Azәrbaycan radiosunun “Bulaq” verilişinin aparıcılarından biri olmuşdur.