ƏSGƏROV Kamal Əsgәr oğlu (d.3.11. 1951, Nax.MR, Culfa r-nunun Kırna k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (2000). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1973). 1974–98 illәrdә Azәrb. SSR EA Fotoelektronika İn-tunda elmi işçi, aparıcı elmi işçi vә şöbә müdiri vәzifәlәrindә çalışmışdır. 1998–2006 illәrdә Dövlәt Xüsusi Maşınqayırma vә Konversiya Komitәsinin (DXM vә KK) “Alov” z-dunun direktoru olmuş, 2006 ildәn Müdafiә Sәnayesi Nazirliyinin “Optika-mexanika” İB-nin baş direktorudur. Elmi işlәri spektrin yaxın infraqırmızı vә görünәn oblastında işlәyәn radiasiyayadavamlı fotoqәbuledicilәrin vә mikrosoyuducuların hazırlanmasına vә onların fiziki xassәlәrinә müxtәlif növ nüfuzedici şüaların tәsirinin öyrәnilmәsinә hәsr edilmişdir. 80-dәn çox elmi әsәrin müәllifidir.