ƏSGƏROV Nәbi Əlәsgәr oğlu [d. 24.1.1956, Gürc. SSR, Borçalı mahalının Gorarxı (Tәzәkәnd) k.] – Azәrb. dilçisi, filologiya üzrә e.d. (2009), prof. (2013). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1979). 1991 ildәn hәmin un-tin Azәrbaycan dilçiliyi kafedrasında müәllim, baş müәllim, dosent vәzifәlәrindә işlәmişdir. 2010 ildәn bu kafedranın prof.-udur. Tәdqiqatları qәdim türk yazılı abidәlәrinin dilinә, Azәrb. dilinin tarixinә, onomalogiyasının әsaslarına hәsr olunmuşdur. 3 monoqrafiyanın, 150-dәn çox elmi mәqalәnin, dәrs vәsaitinin müәllifidir.
Əsәrlәri: Azәrbaycan hidronimlәri. B., 2002; Areal türk onomastik vahidlәrinin linqvistik xüsusiyyәtlәri. B., 2005.