ƏSGƏROV Rafiq Əşrәf oğlu (d.11.5. 1933, Bakı) – Azәrb. morfoloq-anatomu. Tibb e.d. (1973), prof. (1977), Azәrb. Resp. әmәkdar elm xadimi (2007). Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1957). Ə. 1957 ildәn hәmin intun insan anatomiyası kafedrasında işlәmiş (1990–95 illәrdә kafedranın müdiri vә 1995 ildәn prof.-u), 1969–72 illәrdә in-tun hazırlıq şöbәsinin müdiri, 1985–90 illәrdә operativ cәrrahlıq vә topoqrafik anatomiya kafedrasının müdiri, 1988–93 illәrdә elmi işlәr üzrә prorektor vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları, әsasәn, ağciyәr sinirlәrinin morfologiyasının öyrәnilmәsinә hәsr edilmişdir. 200-ә yaxın elmi әsәrin müәllifidir. Yüksәkixtisaslı kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Морфология нервного аппарата нижних дыхательных путей. Б., 1971; Нервы легких (İ.İ.Şapiro ilә birgә). Б., 1983.