ƏSGƏROV Şahlar Qaçay oğlu (d.15.6. 1941, Kәlbәcәr r-nunun Xallanlı k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1992). Azәrb. Resp. әmәkdar elm xadimi (2001). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1963). 1970 ildәn BDU-da tәcrübi fizika kafedrasında müәllim, baş müәllim, dosent vәzifәlәrindә çalışmış, 1994–95 illәrdә beynәlxalq әlaqәlәr üzrә prorektor olmuş, 1995 ildәn fiziki elektronika kafedrasının prof.-udur. Tәdqiqatları emissiya elektronikası, ionlarla metalların bombardman edilmәsi (katod tozlanması), metal-yarımkeçirici kontakt fizikasının öyrәnilmәsi sahәsinә aiddir. Azәrb. Resp. Milli Mәclisinin (1–2 çağırış) deputatı seçilmişdir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir (2000). 170-dәn çox elmi әsәrin müәllifidir.