ƏSGƏROV Vasif Fәtulla oğlu (15.4. 1929, Naxçıvan – 25.7.2011, Bakı) – Azәrb. pediatrı. Tibb e.d. (1969), prof. (1972), Rusiya Tibb EA әcnәbi üzvü (2004), Rusiya EA әcnәbi üzvü (2014). Azәrb. Resp. әmәkdar hәkimi (2009). İkinci Moskva Dövlәt Tibb İn-tunu bitirmişdir (1952). Naxçıvan ş. birlәşmiş uşaq xәstәxanasında hәkim vә 1959 ildәn Azәrb. Dövlәt Tibb İn-tunun (indiki Azәrb. Tibb Un-ti) uşaq infeksion xәstәliklәri kafedrasında (1969 ildәn kafedra müdiri) işlәmişdir. Tәdqiqatları bәzi uşaq infeksion xәstәliklәrinin (qızılca, poliomielit, tәbii çiçәk vә s.) profilaktikası vә müalicәsi problemlәrinә hәsr edilmişdir. 400-ә yaxın elmi әsәrin müәllifidir.