ƏSGƏROV Ziyafәt Abbas oğlu (d.24. 10.1963, Nax. MR, Babәk r-nunun Aşağı Uzunoba k.) – Azәrb. hüquqşünası, hüquq e.n. (1994), prof. (2006). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1990). 1990 ildәn BDU-da konstitusiya hüququ kafedrasında müәllim, baş müәllim, dosent, kafedra müdirinin müavini, hüquq fakültәsi dekanının müavini vәzifәlәrindә çalışmışdır. Hazırda BDU-nun konstitusiya hüququ kafedrasında prof.-dur. Azәrb. Resp. Milli Mәclisinin deputatı (1–5-ci çağırış), Hüquq siyasәti vә dövlәt quruculuğu mәsәlәlәri daimi komissiyasının sәdr müavini olmuşdur (1995). 2000 ildәn Milli Mәclis sәdrinin birinci müavini, Tәhlükәsizlik vә Müdafiә mәsәlәlәri daimi komissiyasının sәdridir. Azәrb. Resp. Milli Mәclisinin NATO-nun Parlament Assambleyasındakı nümayәndә heyәtinin rәhbәri vә Korrupsiyaya qarşı mübarizә komissiyasının üzvüdür. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir (2013). 60-dan çox elmi mәqalәnin, bir sıra monoqrafiya, dәrslik vә dәrs vәsaitinin müәllifidir.