ƏSGƏROVA Gültәkin Mәlik qızı (20.11. 1960, Bakı – 20.6.1992, Aranzәmin-Naxçıvanik) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 20.11.1993). Azәrb. Dövlәt Tibb İn-tunda tәhsil almışdır (1983–89). Tәlәbә ikәn Daxili İşlәr Nazirliyinin hәrbi hospitalında fәaliyyәtә başlayan Ə. Tәcili Yardım st.-nda hәkim, Uroloji xәstәxanada hәkim anestezioloq-reanimatoloq işlәmişdir (1989–92). 1992 il aprelin 4-dә könüllü olaraq cәbhәyә getmişdir. Turşsu vә Şuşa döyüşlәrindә yaralıları döyüş meydanından çıxarmaqda vә onlara ilk tibbi yardım göstәrmәkdә fәallıq göstәrmişdir. Ağdamın Mahrızlı k.-ndәki hospitalda hәrbi hәkim kimi çalışmış, Laçın vә Qubadlı r-nlarının müdafiәsindә iştirak etmişdir. Aranzәmin-Naxçıvanik istiqamәtindә baş verәn ağır döyüşdә xidmәti borcunu yerinә yetirәrkәn qәhrәmancasına hәlak olmuşdur. Bakıda Şәhidlәr Xiyabanında dәfn edilmişdir. Adına mәktәb, gәmi var, büstü qoyulmuşdur.