ƏSGƏROVA Tahirә Əlәmşah qızı (d.20. 9.1951, Bakı) – Azәrb. biokimyaçısı. Biologiya e.d. (2004). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1977). Azәrb. Dövlәt Tibb Untindә (1969–77), Azәrb. SSR EA Molekulyar Biologiya İn-tunda (1977–97), 1998 ildәn Azәrb. Dövlәt Tibb Un-tindә böyük elmi işçi, 1999 ildәn aparıcı elmi işçidir. Tәdqiqatları Azәrb. Resp.-nda irsi hemaxromatozun biokimyәvi vә genetik aspektlәrinin öyrәnilmәsinә, qan xәstәliklәrinin diaqnostikasına, onların genetik vә molekulyar mutasiyalarının aşkar edilmәsi probleminә, xәstәliklәrin diaqnostikası ilә әlaqәdar prenatal vә postnatal müayinә üsullarının işlәnib-hazırlanmasına hәsr edilmişdir. Ə. dünyada ilk dәfә nikaha hazırlaşan gәnclәrin genetik pasportunu hazırlamış, resp.-da irsi xәstәliklәrin, kollagenopatiyaların sürәtlә yayıldığı endemik r-nların xәritәsinin tәrtibçisidir. 117 elmi әsәrin, o cümlәdәn 2 kitab, 1 dәrs vәsaiti vә 1 müәlliflik şәhadәtnamәsinin müәllifidir. Kadrların hazırlanmasında xidmәti var.