ƏSGƏRZADƏ Sәadәt Mәmmәdәmin qızı (d.14.10.1949, Bakı) – kimya texnologiyası sahәsindә Azәrb. alimi, texnika e.d. (2007). 1971 ildә Azәrb. Neft vә Kimya İn-tunu bitirmiş vә Azәrb. SSR EA-nın Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda әmәk fәaliyyәtinә başlamışdır. 1993 ildәn orada laboratoriya müdiridir. Tәdqiqatları neftin kompleks emalı vә texniki-iqtisadi әsaslandırılması sahәsindәdir. Beynәlxalq elmi konfranslarda çıxış etmişdir. 80-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.