Azərbaycan Milli Ensiklopediyası
    ƏSHAB

     ƏSHAB (әr.  – dost, yoldaş sözünün cәmi), sәhabә –  Mәhәmmәd peyğәmbәri görmüş, onunla  danışmış vә ona iman gәtirmiş müsәlmanlar. İlk müsәlman ordusunun әsasını Ə.-lar tәşkil edirdilәr. Ə.-ların әsas hissәsi mühacirlәr әnsardan ibarәt idi: onlar ilk xәlifәlәrin seçilmәsinә tәsir göstәrirdilәr; ali rütbәli canişinlәr vә sәrkәrdәlәr onların içәrisindәn tәyin edilirdi. 641 ildәn Ə.-lara ayrılan böyük mәvacib (3–5 min dirhәm) onların cәmiyyәtdә yüksәk mövqeyini әks etdirirdi. Ömәr ibn Xәttabın dövründә Ə.-ların sayı tәqr. 10 minә çatırdı. İslam tarixindә xüsusi rol oynamış Ə.-lar Mәhәmmәd peyğәmbәrin vәfatından sonra onun tәliminin vә dislәrin әsas qoruyucuları idilәr.