ƏSHABİ-KƏHF MİNERAL SU YATAĞI – Azәrb. Resp. Babәk r-nu (Nax. MR) әrazisindә, Qahab k.-ndәn 6 km c.-ş.dә, Naxçıvan ş.-ndәn 12 km aralı, Əshabikәhf d.-nın әtәyindәdir. Suyu 200 m dәrinliyindә qazılmış quyudan çıxır. Hәr 15 dәqiqәdәn bir qaynayıb köpüklәnir. Suyun temp-ru 22°C, debiti 259 m3/gün, minerallaşma dәrәcәsi 4,7 q/l-dir.
CO21,0Rn 300 Maxe vahid,
∙ pH6,3 D259 m3/gün T22°C
Suyu radonlu, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-xlorlu-sulfatlı, natriumlu-kalsiumludur. RF-dәki “Pyatiqorsk” suyunun analoqudur. Revmatik xәstәliklәrin müalicәsindә istifadә olunur.