ƏSHABİ-KƏHF ZİYARƏTGAHI – Əshabi-kәhf d.-ndakı eyniadlı tәbii mağaradadır. Əbubәkr ibn Xosrov әl-Ustadın “Munisnamә” vә Hәmdullah Qәzvininin “Zeyle-tarixe-qozide” әsәrlәrindә mağaraziyarәtgah haqqında mәlumat var. Rus şәrqşünası K.N.Smirnov mağara haqqında geniş mәlumat vermişdir. Qәdim zamanlardan ziyarәtgahda “Əshabi-kәhf” rәvayәtinә dair Quran ayәlәrinin yazıldığı daş kitabә olmuşdur. Dağılmaqda olan kitabәnin üzünü Naxçıvan xanı Heydәrqulu xanın oğlu Şükrulla xan Kәngәrlinin göstәrişi ilә 1776 ilin mart-aprel aylarında (hicri 1190 il, sәfәr ayı) Molla Mustafa oğlu Mәhәmmәd Xәtib Naxçıvani köçürtmüşdür. Hәr iki kitabә (birincinin fraqmentlәri) ziyarәtgahda saxlanır. 1998 ildә Prezident H.Əliyevin tapşırığı ilә ziyarәtgah әrazisindә bәrpa vә abadlıq işlәri aparılmış, zәvvarlar üçün şәrait yaradılmış, yol çәkilmişdir.
Vaxtilә mövcud olmuş mәscidin yerindә yenisi inşa edilmişdir. Ziyarәtgahda növbәti tәmir-bәrpa işlәri 2006 ildә aparılmışdır.
Əd.: Sәfәrli F. “Əshabi-Kәhf ziyarәtgahı” dini-mәdәni abidә kompleksi. Naxçıvan, 2016.
Ясщаби-kящф зийарятэащы. Бабяк району (Нах. МР).