ƏSİR ƏLİ, Əcәm Əli (? – 1537, İstanbul) – Azәrb. memarı. Tәbrizdә doğulmuşdur. Çaldıran vuruşmasında (1514) Şah İsmayılın mәğlubiyyәtindәn sonra Osmanlı sultanı I Sәlim Azәrb.-ın bir çox sәnәtkarı ilә birlikdә Ə.Ə.-ni Tәbrizdәn İstanbula aparmış (“Əsir” lәqәbi dә bununla әlaqәdardır) vә onu imperiyanın baş memarı tәyin etmişdi. Ə.Ə. klassik türk memarlığının yaradıcılarından hesab olunur. 1515–37 illәrdә İstanbul, Konya, Əskişәhәr, Çorlu, Tәkirdağ, Qәbzә, Trabzon, Halıcılar (Türkiyә), Sofiya (Bolqarıstan), Sarayevo (Bosniya vә Herseqovina) vә s. şәhәrlәrdә çoxlu bina tikmişdir. Mәşhur tikililәri: İstanbulda Topqapı sarayının 2-ci baştağı, Sultan Sәlim mәscidi (1522), Sofiyada Seyfәddin Qazi mәscidi, Sarayevoda imarәt, kitabxana, mәscidlәr kompleksi (1532), Qәbzәdә Çoban Mustafa mәscidi vә s. Ə.Ə. özünün inşa etdiyi Memar camesinin (İstanbul) mehrabı önündә dәfn olunmuşdur.
Əd.: Эссад Дж. Константинополь. М., 1919; Г и я с и Дж. А. Тебризские архитекторы в Турции (ХIII–ХVII вв.). Доклады АН Азерб. ССР, 1975, № 7; Arseven С.Е. Türk sanatı tarihi. İstanbul. 1959; Beh cet Unsa l. Turkish islamic architekture in Seljuk and Ottomantimes 1071–1923. London, 1959.