ƏSKƏROV Ramiz Baxşәli oğlu, tәxәllüsü Ramiz Əskәr [d.10.1.1954, Erm. SSR, Amasya r-nunun Əzizbәyov (Qaraçanta) k.] – Azәrb. türkoloqu, әdәbiyyatşünas, tәrcümәçi, filologiya e.d. (2009), әmәkdar jurnalist (2014). M.V.Lomonosov ad. Moskva Dövlәt Un-tini bitirmişdir (1978). Azәrb. Dövlәt Televiziya vә Radio Verilişlәri Komitәsindә (1978–83) çalışmış, “Odlar yurdu” qәzetinin baş redaktoru (1983– 87), “Xalq qәzeti”ndә baş redaktorun müavini (1995–96) olmuşdur. 1997 ildәn Azәrb. Jurnalistlәr Birliyinin baş katibidir. 2002–06 illәrdә BDU-da müәllim işlәmiş, 2012 ildәn türk xalqları әdәbiyyatı kafedrasının müdiridir. 200-ә yaxın elmi әsәrin müәllifidir. M.B.Mәmmәdzadәnin “Milli Azәrbaycan hәrәkatı” (1991), B.Ögelin “Türk mifologiyası” (2004), M.Kaşğarinin “Divanü lüğat-it-türk” (2 cilddә, 2006; hәmçinin rus dilindә “Дивану лугатит-тюрк” (3 cilddә, 2009), “Türk әdәbiyyatı tarixi” (2 cilddә, 2010), S.H.Bayqaranın “Divan” (2011), “Monqolların gizli tarixi” (2011), F.Sümәrin “Oğuzlar” (1992, 2013), Y.Balasaqunlunun “Qutadğu bilig” (1994) vә s. әsәrlәri Azәrb. dilinә tәrcümә etmişdir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur.
Əsәrlәri: “Qutadğu bilig” (2003), “M.Kaşğari vә onun “Divanü lüğatit-türk” әsәri” (2008), “Türk xalqları әdәbiyyatı oçerklәri” (2011), “Orxon abidәlәri” (2012).