ƏSKİŞƏHƏR (Eskişehir) – Türkiyәnin q.-indә şәhәr. Əskişәhәr ilinin inz. m. Əh. 710,8 min (2012). Porsuq çayı sahilindә yerlәşir. Nәql. qovşağı vә sәnaye-ticarәt mәrkәzi. Maşınqayırma (lokomotiv-vaqonqayırma vә tәyyarәquraşdırma z-dları), yeyinti, toxuculuq, ağac emalı sәnayesi, sement z-du var; yaxınlığında xrom filizi hasil olunur.
Ə. yaxınlığında e.ә. 4000–1500 illәrdә yaşayış mәskәni mövcud idi. Dorilәr tәrәfindәn Frigiyada әsası qoyulduğu üçün qәdimdә Dorilayon adlanmışdır. Lidiyanın (e.ә. 676–546), Əhәmәnilәrin (e.ә. 546– 331), Makedoniyalı İsgәndәrin işğalından sonra Selevkilәrin (e.ә. 323–280), qalatların yaratdığı Perqam dövlәtinin (e.ә. 280–
133) hakimiyyәti altında olmuşdur. E.ә. 133 ildә Roma imperiyasının tәrkibinә qatılmışdır. Bizans dövründә Ə. imperatorların istirahәt yerinә çevrilmişdir. 8 әsrdә әrәb tayfalarının buraya köçmәsindәn sonra şәhәr Duruliya adlandırılmışdır. 1074 ildә Ə.-i Sәlcuqlar әlә keçirmiş, lakin 1097 ildә sәlibçilәr şәhәri tutmuşlar. Bizans imperatoru şәhәri möhkәmlәndirsә dә, 1182 ildә sәlcuqlar Ə.-i geri almışlar. Osmanlı dövründә şәhәr mühüm rol oynamış, 14 әsrin әvvәllәrindә Osmanlı dövlәtinin paytaxtı (Ədirnәnin fәthinә qәdәr) olmuşdur. 1921 ilin yazında yunanların kamalçı türk qoşunlarını mühasirәyә alıb darmadağın etmәk istәdiyi dövrdә Ə. hәrbi әmәliyyatların mәrkәzi olmuşdu. Yunanların döyüşdә qәlәbә çalmasına baxmayaraq, kamalçılara mühasirәdәn çıxmaq müyәssәr oldu, bu da müharibәnin gәlәcәk gedişindә hәlledici rol oynamışdı. 1922 ilin yayında Türkiyә qoşunları Ə.-i geri almışlar.
Ə.-dә Türk Silahlı Qüvvәlәri Komandanlığı, hәrbi vә mülki tәyyarә limanları yerlәşir. Bir çox tәhsil müәssisәlәri, o cümlәdәn Anadolu (1958, Ə. İqtisadi vә Ticari Elmlәr Akademiyası; 1982 ildәn müasir adı ilә; nәzdindә 12 fakültә, 8 in-t, 8 lisey), Osmanqazi (1993; nәzdindә 4 fakültә, 4 in-t, 2 lisey) un-tlәri, Arxeoloji (1966), Atatürk vә mәdәniyyәt (1970), Osmanlı evi etnoqrafiya muzeylәri, 2 kitabxana, 3 teatr vә s. fәaliyyәt göstәrir. 1995 ildәn hәr il 9 gün müasir şüşә sәnәti beynәlxalq festivalı vә beynәlxalq bişmiş torpaq simpoziumu (2001) keçirilir.
Hәftәlik “Midas qәzetәsi” vә “Xәbәr 26”, aylıq “Əskişәhәrә baxış” qәzetlәri vә 8 gündәlik qәzet nәşr olunur. Ə.-dә yerli “Kanal 26”, “Es TV” vә “TVA” (Anadolu Un-tinin televiziya kanalı) kanalları fәaliyyәt göstәrir, burada hәm dә “ATV”, “NTV”, “Show TV” vә “TRT” kanallarının nümayәndәliklәri yerlәşir.
Ə.-in 114 idman klubunda 12762 nәfәr idmanın müxtәlif növlәri ilә (atçılıq, atletizm, basketbol, boks, futbol, gülәş, cudo, karate, taekvando, tennis, voleybol, üzgüçülük) mәşğul olur. “Əskişәhәrspor” futbol klubu yerli oyunlarını “Əskişәhәr Atatürk” stadionunda (18608 tamaşaçı) keçirir.
Яскишящяр шящяриндян эюрцнцш. Тцркийя.