ƏSQƏD MUXTAR, Əsqәd Muxta r o v (23.12.1920, Özb. SSR, Fәrqanә – 17.4.1997, Daşkәnd) – özbәk yazıçısı. Orta Asiya Un-tinin filologiya fakültәsini bitirmişdir (1942). 1957–69 illәrdә Özb. SSR Yazıçılar İttifaqının katibi olmuşdur. “Şәrq ulduzu”, “Gülüstan” jurnallarında, Əndican Pedoqoji İn-tunda özbәk әdәbiyyatı kafedrasının müdiri vәzifәsindә çalışmışdır. Ə.M. 20 әsrin 20-ci illәrindә qadın azadlığı uğrunda gedәn mübarizәdәn bәhs edәn parlaq lövhәlәr yaratmışdır. “Bacılar” (1955), “Doğuluş” (1961), “Çinar” (1969, Hәmzә ad. mükafat, 1973) romanlarında, “Çaylar qovuşan yerdә” (1950), “Sanki fırtınada dinclik var” (1976) vә s. povestlәrindә özbәk xalqının hәyat vә mәişәti realistcәsinә tәsvir olunur, sadә adamların mәnәvi gözәlliyi tәrәnnüm edilir. “99 miniatür” (1962), “Şeirlәr” (1966), “Günәşli yellәncәklәr” (1975) vә s. şeir kitablarının müәllifidir.
A.S.Puşkin, M.Y.Lermontov, M.Qorki, V.V.Mayakovski, A.A.Blok vә T.Q.Şevçenkonun bir sıra әsәrlәrini özbәk dilinә tәrcümә etmişdir. Bәzi әsәrlәri Azәrb. dilinә tәrcümә olunmuşdur.
Əsәrlәri: Hәr kәsin öz vәtәni var. B., 1965; Время. Стихи. М., 1969.