ƏSL QURBAĞALAR (Ranidae) – quyruqsuz suda-quruda yaşayanlar dәstәsindәn fәsilә. Bәdәninin uz. yetkin fәrdlәrdә 1,5 sm-dәn 35,6 sm-әdәk, kütlәsi 3,5 kq-a qәdәrdir; ölçüsünün böyüklüyünә görә “öküz” qurbağa vә qurbağa-qoliaf (Conraua goliath) dәstәnin әn iri nümayәndәsidir. Dәrisi hamar, rәngi çox vaxt tünd lәkәli vә zolaqlı, yaşıl vә ya qәhvәyi çalarlıdır. Bәdәni müxtәlif proporsiyalıdır; arxa әtrafları, adәtәn, uzunsovdur, barmaqları arasında yaxşı inkişaf etmiş üzmә pәrdәsi var. Arxa ucu haçalı dilinin ön tәrәfdәn damağa birlәşmәsi cinsin sәciyyәvi xüsusiyyәtidir. Gözlәri iridir, tәbil pәrdәlәri var. Fәqәrәlәri önә tәrәf basıqdır; oma fәqәrәsinin köndәlәn çıxıntıları silindrik, yaxud ensizdir. Dişlәr yalnız üst çәnәdәdir. 44 cinsdә birlәşmiş 700-dәn artıq növü var, onların әn irisi 200dәn çox növü olan әsl qurbağa (Rana) cinsi çox geniş yayılmışdır. Cәnubi Amerika vә Avstraliyanın c.-unda, Yeni Zelandiya vә qütb r-nlarında Ə.q.-ya rast gәlinmir. Onlar müasir quyruqsuz suda-quruda yaşayanlar arasında hәyat tәrzinin vә yaşayış yerinin müxtәlifliyinin daha çox olması ilә sәciyyәlәnir. Quruda, sahildә vә suda yaşayan növlәri var; quruda yaşayan bәzi formaları ağaca dırmanmağa vә ya torpağa girib gizlәnmәyә uyğunlaşmışdır. Ə.q. müxtәlif onurğasızlarla (cücülәr, çoxayaqlılar, molyusklar, oliqoxetlәr), iri formaları isә xırda onurğalılarla qidalanır. Çoxalma su hövzәlәrindә gedir; müxtәlif növlәrә mәnsub dişilәr mövsüm әrzindә 500-dәn 20 minәdәk kürü tökür. Çoxalma dövründә Ə.q.-ın çoxu müxtәlif sәs siqnalları (“konsertlәr”) verirlәr. Azәrb.-da 4 növü – Kiçik Asiya qurbağası (R. macrocnemus), Cәnubi Qafqaz qurbağası, (R. cameranoi), göl qurbağası (R. ridibunda ridibunda) vә qısaayaq göl qurbağası (R. ridibunda saharica) yayılmışdır. Quruda vә suda yaşayan növlәri var. Suda yaşayanlarda yaşıl, quruda yaşayanlarda qәhvәyi vә boz rәng üstünlük tәşkil edir. Ə.q. laboratoriya tәdqiqatlarının әnәnәvi obyektidir. Bәzi növlәrinin arxa әtraflarının әti qidada delikates kimi istifadә olunur. Şimali Amerikada yaşayan bәbiri qurbağa (Rana pipiens) BTMİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir.
Бябири гурбаьа (Rana pipiens).