Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    “ƏSLİ VƏ KƏRƏM”

    “ƏSLİ VƏ KƏRƏM”– Azәrb. mәhәbbәt dastanı. Bir sıra motivlәri çox qәdim olsa da, әsasәn, 16 әsrin әvvәllәrindә yaranmış vә hәmin әsrdә dә formalaşmağa başlamışdır. Dastanın süjet etibarilә bir-birindәn çox da fәrqlәnmәyәn müxtәlif variantları var (Gәncә, İstanbul vә s.). Əsas fәrq Kәrәmin bәzәn gәncәli, bәzәn dә isfahanlı, bәzәn Ziyad xanın oğlu, bәzәn şah oğlu, bәzәn isә molla oğlu kimi göstәrilmәsindәdir. Dastanda yer alan qoşmaların isә çox fәrqli variantları mövcuddur. Bu әdәbi folklor örnәyindә vәfa, sәdaqәt, azad sevgi, dostluq tәrәnnüm olunur, hәmçinin o dövrün ictimai-siyasi vәziyyәti, xalqın dünyagörüşü, dövrә münasibәti ifadә edilir. Dastanda çox qabarıq şәkildә tәrәnnüm olunan mәsәlәlәrdәn biri saysız-hesabsız qoşmaların misralarına hopan vәtәn mәhәbbәtidir. Mövzusu, quruluşu vә süjeti ilә başqa dastanlardan fәrqlәnәn “Ə. vә K.”-in Qafqaz, Orta Asiya, Kiçik Asiya vә Yaxın Şәrqdә orijinal variantları mövcuddur. H.Araslı, M.Tәhmasib, X.Koroğlu, türk alimi H.H.Boratav vә b. tәdqiqatçılar “Ə. vә K.”-in Azәrb.da yarandığını göstәrmişlәr. Bu, dastandakı hadisәlәr, coğrafi adlar vә s. ilә dә tәsdiq olunur. Bәzi tәdqiqatçıların fikrincә, (S.Mümtaz, M.Tәhmasib, türk alimlәri M.F.Köprülü, V.M.Qocatürk, V.C.Aşkun vә b.) Kәrәm tarixi şәxsiyyәt vә dastanın yaradıcısıdır. “Ə. vә K.” dastanının mövzusu әsasında Ü.Hacıbәyli 1913 ildә eyniadlı opera bәstәlәmişdir. Dastanın ideya vә mәzmun zәnginliyi ilә әlaqәdar bir çox aşıq havaları (“Kәrәmi”, “Yanıq Kәrәmi”, “Hicran Kәrәmi”, “Kәrәm gözәllәmәsi” vә s.) meydana gәlmişdir. Azәrb. aşıq şeirindә vә yazılı әdәbiyyatda Əsli vә Kәrәm sevgisi saf vә azad mәhәbbәt simvolu kimi geniş tәrәnnüm edilmişdir.

    “Ясли вя Кярям” (Ц.Щаъыбяйли) операсындан сящня. Азярбайъан Дювлят Опера вя Балет Театры.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç