ƏSMAİ-HÜSNA, әl-әsma әl-hüsna (әr. الأسماء الحسنى – әn gözәl adlar) – Allahın adları. Quranda olan ilahi adlar 100-dәn çoxdur; müxtәlif hәdislәrdә Allaha aid edilәn başqa adlar da var. Ə.-h. bunların hamısını әhatә etmәklә yanaşı, termin olaraq daha çox 99 adı birlәşdirir. Termin Quranda bir neçә dәfә xatırlanır (7:180; 17:110; 20:8). Hәşr surәsindә isә ardıcıl şәkildә Allahın 16 adı çәkilir (59:22–24). İslam mistisizmindә Ə.-h.-dan müxtәlif ritual vә dualarda istifadә olunur. “Vәhdәti-vücud” fәlsәfәsinә görә, kainatdakı hәr varlıq Allahın adlarından birinin, kamil insan isә onların hamısının tәcәssümüdür. Ə-h.-dan yalnız biri peyğәmbәrlәrә vә imamlara mәlum olan “ismi-әzәm”dir (“әn böyük ad”).