ƏSMƏ (Anemone) – qaymaqçiçәklilәr fәsilәsindәn kökümsovlu, başlıca olaraq çoxillik ot cinsi. Yarpaqları barmaqvarı yarılmış, yaxud bölümlüdür. Sarı, mavi, çәhrayı, qırmızı rәngli çiçәklәri tәk-tәk, yaxud azçiçәkli çәtirlәrdә toplanmışdır. Meyvәlәri çoxfındıqcıqdır. Yer kürәsindә tәqr. 200-әdәk, Qafqazda 9, Azәrb.-da 5 növü yayılmışdır: qaymaqçiçәkli Ə. (A. ranunculoides), Qafqaz Ə.-si (A. fasciculata), görkәmli Ə. (A. speciosa) vә s. var. Böyük vә Kiçik Qafqaz, Lәnkәran bölgәlәrindә, orta dağ qurşağından Alp qurşağınadәk meşә vә kolluqlarda, bәzәn qayalıqlarda rast gәlinir. Bir növü (A. vuznetzovi) Azәrb.-da tәsvir olunmuşdur. Bәzi növlәri enliyarpaqlı vә iynәyarpaqlı – enliyarpaqlı meşәlәrin tipik bitkilәridir. Ə.-nin bütün hissәlәri zәhәrlidir. Erkәn çiçәklәyәn dekorativ bitki kimi Ə. 16 әsrdәn becәrilir; çoxlu forma vә sortları mәlumdur.
Гаймагчичякли ясмя (Anemone ranunculoides).