ƏSMƏLƏR (gürcücә Asmalari; 1991 ildәn Mskneti) – Gürc.-nın Kvemo-Kartli mahalının Bolnisi bәlәdiyyәsindә, tarixi Borçalı mahalı әrazisindә azәrb.-ların yaşadığı kәnd. Bolnisidәn 7 km ş.-dә, Maşaver çayının sol sahilindә, dәniz sәviyyәsindәn 450 m yüksәklikdә, avtomobil yolunun kәnarında yerlәşir. Əh. 268 (2006). Kәnddә ibtidai mәktәb var.