ƏSMƏRƏ (әr أسمرة ), Asmera – Eritreyanın paytaxtı. Maekel әyalәtinin inz. m. Əh. 649 min (2013). Efiopiya yaylasının şm.-ında, 2300 m yüksәklikdә yerlәşir. Nәql. qovşağı. Qırmızı dәnizdәki Massaua portu ilә avtomobil vә d.y. әlaqәsi var. Beynәlxalq aeroport. Ölkәnin iri ticarәt vә mәdәniyyәt mәrkәzidir. Un-t (1958 ildәn italyan, 1968 ildәn ingilis şöbәlәri fәaliyyәt göstәrir); yeyinti, toxuculuq, poliqrafiya sәnayesi, tikinti materialları istehsalı var.
Şәhәr tәqr. 13–14 әsrlәrdә salınmışdır. 1889 ildә İtaliya tәrәfindәn işğal olunmuş vә 1897 ildә müstәmlәkәnin paytaxtına çevrilmişdi. 1930-cu illәrin sonlarında italyanlar yeni infrastruktur yaradaraq vә yeni binalar tikdirәrәk şәhәrin simasını dәyişmiş, bundan sonra Ə.-ni “Kiçik Roma” (ital. Piccola Roma) adlandırmışdılar. Eritreya–Efiopiya müharibәsi zamanı mühüm rol oynamış Ə. 1993 ildәn Eritreyanın paytaxtıdır.
Ясмяря шящяриндян эюрцнцш.
Ясмяря. Мцгяддяс Иосиф килсяси.
Ясмяря мясъиди. 1938.