Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏSNAF

    ƏSNAF (әr.  – siniflәr) – orta әsrlәrdә Yaxın Şәrqin bir sıra ölkәsindә, hәmçinin Azәrb.-da sәnәtkarların birlәşdiklәri sex tәşkilatı. Tәşkilatın üzvlәri dә Ə. adlanırdı. Ə.-lar haqqında ilk mәlumat 9 әsrә aiddir. Azәrb.-da dәmirçi, papaqçı, başmaqçı, dәrzi, әllaf vә s. peşә sahiblәrini birlәşdirәn Ə. tәşkilatları geniş yayılmışdı. Ə. tәşkilatına daxil olmaq mәcburi deyildi. Hәr bir Ə. tәşkilatının öz bayrağı var idi. Bayrağın üzәrindә bir növ hәmin tәşkilatın embleminә çevrilmiş әmәk alәtlәrinin rәsmi olurdu. Ə.-lar şәhәr idarәsinә tabe idilәr. Ə. tәşkilatlarının yazılı nizamnamәsi olmasa da, xüsusi idarә qaydaları, yığıncaq şurası vә mәhkәmәsi vardı. Ə. tәşkilatlarında inzibati idarә işlәri ustabaşı, kәndxuda vә ya rişsәfid (ağsaqqa l), xәzinәdar vә igidbaşının әlindә cәmlәşmişdi. Ə. tәşkilatının rәhbәri üç ildәn bir (nadir hallarda isә beş ildәn bir) seçilәn ustabaşı idi. Vergi vә mükәllәfiyyәtlәri bölüşdürmәk, Ə. üzvlәrinin fәaliyyәtinә nәzarәt etmәk, xammal alınması, hazır mәhsulun satılması vә s. ilә ustabaşı mәşğul olurdu. Bütün bu işlәrin icrası üçün ustabaşıya üç vә ya dörd (Sәfәvilәr dövründә iki) ağsaqqaldan ibarәt kömәkçi seçilirdi. Ə.-ın maliyyә işlәrinә xәzinәdar baxırdı. Bazara mal gәldiyini öyrәnmәk, Ə. üzvlәrini yığıncağa çağırmaq, müqәssiri mәhkәmәyә gәtirmәk vә s. işlәri icra etmәk üçün tәşkilatın xüsusi igidbaşısı olurdu. İgidbaşılığa yararlı adam tapılmayanda, Ə. üzvlәri növbә ilә bu vәzifәni icra edirdilәr.

    Ə. tәşkilatları sәnәtkarları feodal özbaşınalığından qorumaqda vә sәnәtkarlığın inkişafında müәyyәn rol oynamışlar. 19 әsrin ikinci yarısından Azәrb.-da Ə. tәşkilatları aradan çıxmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç