ƏSPƏRƏK, rezeda (Reseda) – әspәrәkkimilәr fәsilәsindәn bir, iki vә çoxillik ot cinsi. Yarpaqları növbәli, bütöv, bölümlü, lәlәkvarı bölümlüdür. Çiçәklәri xırda, ikicinsli, qeyri-müntәzәmdir; salxımvarı, yaxud sünbülvarı tәpә çiçәk qrupunda toplanmışdır. Lәçәklәri ağ, sarı, yaşılımtıl-sarıdır. 3– 4 meyvә yarpaqcığından ibarәt yumurtalıq üstdür. Meyvәsi içәrisindә çoxlu xırda toxumları olan qutucuqdur. 60 növü var. Avrasiya vә Şimali Afrikada, әsasәn, Aralıq dәnizi ölkәlәrindә yayılmışdır. Orta Asiya, Qafqaz, bir qәdәr dә Rusiyanın Avropa hissәsindә rast gәlinir. Azәrb.-da 6 növü mәlumdur (biri becәrilir). Ətirli Ə. (R. odorata) әtirli çiçәklәrinә “görә” bağ vә parklarda becәrilir. Bәzi növlәri mәs. sarı Ə.-in (R. lutea) yerüstü hissәsinin tәrkibindә olan sarı rәngdәn yun vә ipәk boyamaq üçün istifadә olunur. Quru dәrә vә yamaclarda, daşlı vә әhәngdaşlı torpaqlarda, әkinlәrdә, mәndәcәrliklәrdә bitir.
Сары яспяряк (Реседа лутеа).