ƏSRİK – Azәrb. Resp. Kәlbәcәr r-nunda kәnd. Əsrik ә.d.-nin (Əsrik, Çobangәrәhmәz, Çorman, Alıbәyli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 16 km c.-ş.-dә, Kәlbәcәr–Başlıbel avtomobil yolu kәnarında, Tutqunçayın sahilindә, Qonur d.-nın ş. әtәyindәdir. Əh. 365 (2015); işğaldan (1993, aprel) әvvәl heyvandarlıq, arıçılıq vә tütünçülüklә mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, kitabxana, mәdәniyyәt evi, rabitә qovşağı, xәstәxana var idi.