ƏSRİK CIRDAXAN – Azәrb. Resp. Tovuz r-nunda kәnd. Əsrik Cırdaxan ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 14 km c.-da, Əsrik çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 2197 (2015); heyvandarlıq vә әkinçiliklә mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, xәstәxana, klub, kitabxana, memarlıq abidәlәrindәn mәbәd vә qala divarlarının qalıqları var.