“ƏSRİN MÜQAVİLƏSİ” – 1994 il sentyabrın 20-dә Bakıda Xәzәr dәnizinin Azәrb. sektorunda “Azәri”, “Çıraq” yataqlarının dәrinlikdә yerlәşәn hissәsinin birgә işlәnmәsi vә hasil olunan neftin pay şәklindә bölüşdürülmәsi haqqında” dünyanın 11 әn iri neft şirkәti ilә bağlanmış müqavilә. Müqavilәnin bağlanmasının tәşәbbüskarı Azәrb. xalqının Ümummilli lideri, Azәrb. Resp.-nın Prezidenti Heydәr Əliyev idi. Onun tapşırığı ilә bu böyük strateji mәsәlәnin reallaşması işinә elә ilk günlәrdәn ARDNŞ-in birinci vitse-prezidenti, millәt vәkili İlham Əliyev cәlb olunmuş, yeni neft strategiyasının hazırlanması vә uğurla hәyata keçirilmәsinin әn fәal iştirakçılarından olmuşdu. Müqavilәnin bağlanması ilә әlaqәdar danışıqların son mәrhәlәsi İstanbul vә Hyustonda keçmişdi. Çәtinliklәrә baxmayaraq, tarixi sәnәd Azәrb. milli mәnafeyinә uyğun hazırlanmışdı. 1994 il sentyabrın 20-dә Bakıda, Gülüstan sarayında Xәzәr dәnizinin Azәrb. sektorundakı “Azәri”, ”Çıraq”, ”Günәşli” yataqlarının dәrin su qatlarındakı neftin birgә işlәnmәsi haqqında, dәyәri 7,4 mlrd. dollar olan “mәhsulun pay bölgüsü” tipli müqavilә imzalanmışdı. Müqavilә öz tarixi, siyasi vә beynәlxalq әhәmiyyәtinә görә “Ə.m.” adlandırılmış, tәqr. 400 sәhifә hәcmindә vә dörd dildә hazırlanmışdır. ”Ə.m.”ndә dünyanın 8 ölkәsinin (Azәrb., ABŞ, B.Britaniya, Rusiya, Türkiyә, Norveç, Yaponiya vә Sәudiyyә Ərәbistanı) 13 әn mәşhur neft şirkәti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyә Petrolları, Pennzoil, İTOCHU, Ramco, Delta) iştirak etmişdir. “Ə.m.” Azәrb. Resp. Milli Mәclisi tәrәfindәn tәsdiq edilmiş vә 1994 il dekabrın 12dә qüvvәyә minmişdir. Bu müqavilә sonradan 19 ölkәni tәmsil edәn 41 neft şirkәti ilә daha 30-dәk sazişin imzalanmasına yol açmışdı. “Ə.m.” hәm karbohidrogen ehtiyatlarının miqdarına, hәm dә qoyulan sәrmayәlәrin hәcminә görә dünyada mövcud olan әn iri sazişlәr siyahısına daxildir. Azәrb. xalqının Ümummilli lideri H.Əliyev müqavilәnin әhәmiyyәtini belә qiymәtlәndirmişdir: ”Əsrin müqavilәsi ilә qoyduğumuz tәmәl XXI әsrdә Azәrbaycan xalqının inkişafı, firavan hәyatı, müstәqil Azәrbaycan dövlәtinin suverenliyinin daha da möhkәmlәndirilmәsi üçün gözәl imkanlar yaradır vә inanıram ki, XXI әsr müstәqil Azәrbaycan dövlәti üçün әn xoşbәxt dövr olacaqdır”.