Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏSSAR TƏBRİZİ

    ƏSSAR TƏBRİZİ (Şәmsәddin Hacı Mәhәmmәdin tәxәllüsü; 1325, Tәbriz – 1390, Tәbriz) – Azәrb. şairi vә alimi. Nizami poeziyasının humanist әnәnәlәrini 14 әsrdә davam etdirәn sәnәtkarlardan biri. Tәbrizdә mәşhur münәccim Əbdüssәmәdin şagirdi olmuşdur. Farsca yazmışdır. Sultan Üveysin sarayına dәvәt olunmuş, lakin tezliklә saraydan uzaqlaşmışdır. Ə.T.-nin irsi lirik şeirlәr divanından, “ Mehr vә Müştәri” poemasından, “Saqinamә”dәn, “Əl-vafi fi tәdәd ül-qәvafi” (“Qafiyәlәrin sayı haqqında tәfsilat”) adlı nәzәri әsәrdәn ibarәtdir. 120 beytdәn ibarәt olan “Saqinamә” mәsnәvisi şairin insan vә zaman haqqındakı düşüncәlәrini әks etdirir, azadfikirli filosof kimi yaradılışın sirlәrindәn söz açır, zamanla insanın münasibәtlәrindәki әdalәtsizliyi, zülmü göstәrir. Ə.T.-nin әn mühüm әdәbi әsәri “Mehr vә Müştәri”(1376) poemasıdır; 5120 beytdәn ibarәtdir. Xeyirlә şәrin mübarizәsi vә xeyirin şәr üzәrindә qәlәbәsinә romantik inam әsәrin әsas qayәsidir. Şair öz arzu vә qәnaәtlәrini, insana yeni münasibәtini yaratdığı ideal surәtlәrdә әks etdirmişdir. Onun qәhrәmanlarındakı yüksәk insani keyfiyyәtlәr, düzlük, dostluğa sәdaqәt, dost yolunda fәdakarlıq, qeyri-insani duyğulardan imtina, şәr vә qaranlıqla mübarizә onları ülvilәşdirir, ucaldır. Ə.T. yüksәk sәnәtkarlıqla yazdığı әsәrlәrindәki qәhrәmanlarını ideal dünyәvi şәxslәr kimi sәciyyәlәndirmәklә, orta әsrlәrdә insan haqqında yayılmış tәsәvvürlәri alt-üst etmәyi bacarmışdır. Ə.Cami, Avropa vә rus şәrqşünaslarından K.Peyper, B.A.Dorn, İ.Pidzi, A.Y.Krımski Ə.T.-nin yaradıcılığından bәhs etmişlәr. “Mehr vә Müştәri” poeması şairin ölümündәn 70 il sonra türk dilinә, 19 әsrdә alman dilinә (bәzi fәsillәri), 20 әsrdә isә Azәrb. vә urdu dillәrinә tәrcümә olunmuşdur. Əsәrin 2 әlyazma nüsxәsi AMEAnın M.Füzuli ad. Əlyazmalar İn-tunda saxlanılır.

    Əd.: Azәrbaycan әdәbiyyatı tarixi. 3 cilddә, c.1. B., 1960; Cahani Q. Əssar Tәbrizinin “Mehr vә Müştәri” poeması. B., 1968;  Sәfәrli  Ə., Yusi f o v X. Qәdim vә orta әsrlәr Azәrbaycan әdәbiyyatı. B., 1982.

    Я.Тябризиnin “Мещр вя Мцштяри” поемасына
    чякилмиш миниатцr. 1476.
    Уолтерс Сянят Музейи. АБШ.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç