Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏŞƏRİYYƏ

    ƏŞƏRİYYƏ kәlam mәktәblәrindәn biri. Mәktәbin ilkin köklәri artıq 9 әsrdәn etibarәn mötәzilә vә digәr müxalif kәlam mәktәblәri ilә mübarizәdә әnәnәçilәr (“әshab әl-hәdis”) daxilindә yaranmağa başlamışdı. İbn Əsakir ilkin “әhli-sünnә mütәkәllimlәri” arasında Haris Mühasibinin (ö. 857) dә adını çәkir. Əbül-Hәsәn Əşәrinin öz fundamental nәzәri sistemini qurması vә elmi dәrnәk tәşkil etmәsi ilә Ə.nin kәlam mәktәbi kimi formalaşması başa çatmışdı. Mәktәb Əşәridәn sonra, әsasәn, Əbül-Hәsәn әl-Bahili (ö. 980), Əbu Bәkr әl-Baqillani (ö. 1013), İbn Furәk (ö. 1015), Əbu İshaq әl-İsfәrayini (ö. 1027), Əbu Bәkr әl-Beyhәqi (ö. 1066), Quşeyri (ö. 1072), Əbül-Mәali әl-Cüveyni (ö. 1085), zzali (ö. 1111), Şәhristani (ö. 1153), Fәxrәddin Razi (ö. 1209) vә b. tәrәfindәn inkişaf etdirilmiş, İran, Ərәbistan, Şimali Afrika vә Əndәlisdә intişar tapmışdı. Sәlcuq sultanı I Toğrul bәyin [1038–63] dövründә әşәrilәr kafir elan edilmiş, tәrәfdarları tәqiblәrә mәruz qalmışdılar. Sonralar (Alp Arslanın hakimiyyәti dövründә) tәqiblәr dayandırılmışdır. Ə. Sәlcuqi vәziri Nizamülmülk, Misir hakimi Sәlahәddin Əyyubi, Şimali Afrikada Müvәhhidlәrin banisi İbn Tumirt (ö. 1130) tәrәfindәn dәstәklәnirdi. Əsasәn mötәdil maliki vә şafii mәzhәblәrindә özünә tәrәfdar tapan Ə. hәnәfilәr vә hәnbәlilәrin tәqibinә mәruz qalır, müxtәlif әqidә mәsәlәlәrinә, elәcә dә ictimai-siyasi amillәrә görә mötәzililәr, kәr ramilәr (bax Kәrramiyyә) vә imamilәr (bax İmamiyyә) tәrәfindәn dә sәrt qarşılanırdı.

    Metodoloji әsasları. Ə. Əşәri vә onun tәrәfdarlarının mötәzilәnin ifrat rasionalizmi ilә әnәnәçilәrin ifrat fideizmi arasında ortamövqeli sistem yaratmaq cәhdlәrindәn meydana gәlmişdir. Əşәrinin әvvәllәr dini mәtnlәrin rasional izahından qaçmasına (әql metodu) vә mәtnlәrә әsaslanmasına (nәql metodu) baxmayaraq, sonrakı әşәri alimlәrindә rasionalizmә qayıdış müşahidә olunmağa başladı. Ə.-nin mötәzilәdәn әsas fәrqi kәlam mәsәlәlәrinin hәllinә daha ehtiyatlı yanaşma idi. Erkәn әşәrilәr (“mütәqәddimun”) dövrü üçün, әsasәn, digәr mәktәblәrlә fikir mübarizәsi, elәcә dә Aristotel fәlsәfәsinin ayrı-ayrı mәsәlәlәrdә tәnqidi fonunda müstәqil metodun işlәnibhazırlanması sәciyyәvidir. Qәzzali ilә başlanan son әşәrilәr (“mütәәxxirun”) dövründә Ə.-nin klassik mәntiq vә fәlsәfә ilә yaxınlaşması, elәcә dә Qәzzalinin hissi idraka üstünlük vermәsi ilә tәsәvvüfün kәlama nüfuzu müşahidә olunur. F.Razinin işlәyib-hazırladığı, fәlsәfә ilә sintezin zirvәsini tәşkil edәn fәlsәfi kәlam metodu 14 әsrin ortalarına qәdәr Ə.-dә hakim oldu. Sәdәddin Tәftәzani (ö. 1390) ilә başlayan vә tәqr. 6 әsr davam edәn gerilәmә dövründә ayrı-ayrı mövzulara dair risalәlәrә rast gәlinir.

    Teoloji sistem. Ə.-yә görә, varlıqlar vә hadisәlәr haqqında mәlumat әldә etmәyin 3 mәnbәyi var: hiss, ağıl vә xәbәr (dini mәtnlәr). Qәzzali vә Razinin tәsәvvüfә yönәlәrәk, hisslәrә (fәrdi mәnәvi kәşfә) üstünlük vermәsinә baxmayaraq, bu metod Ə.-dә ümumilikdә qәbul olunmamışdır. Əşәri alimlәrin әksәriyyәti әqli dәlillәrlә Allahın varlığının dәrkini mümkün hesab edirdilәr. Onlar ilahi atributların (“sifәtlәr”in) “sәlbi” (inkar sifәtlәri – heç bir şeyә bәnzәmәmә, tәrkibsizlik, cisimsizlik, mәkansızlıq vә s.), “sübuti” (qüdrәt, elm, hәyat, iradә, eşitmә, görmә vә nitq) vә “feli” (yaratma, müәyyәnlәşdirmә, öldürmә, diriltmә vә s.) olmaqla üçlü tәsnifatını irәli sürürdülәr. Mötәzililәr atributları yalnız ilahi mahiyyәti ifadә edәn adlar, sifatilәr (atributistlәr) isә real varlıqlar hesab etdiyi halda, әşәrilәr onları ilahi substansiya ilә nә tam eynilәşdirir, nә dә ondan ayırırdılar. Onlar feili atributların әzәliliyini inkar edir, mәs., yaratma, öldürmә, diriltmә kimi atributların qüdrәt atributunun yaradılmışlar üzәrindә tәsirindәn әmәlә gәldiyini әsas gәtirәrәk, feili atributları nisbi vә müvәqqәti kimi nәzәrdәn keçirirdilәr. Mötәzilәnin әksinә olaraq, hadisә vә proseslәrin konkret mәqsәdә vә hәdәfә deyil, kamil әdalәt nümayiş etdirәn mütlәq iradәyә bağlı olduğunu irәli sürürdülәr. Əşәrilәr Quranın yaradılmış olduğunu göstәrәn mötәzililәrlә onun әzәliliyinә inanan әnәnәçilәr arasında orta mövqe seçәrәk, Qurana “sәsli” vә “mәnәvi” nitq kimi ikitәrәfli yanaşır, ilahi nitqin ideya kimi әzәli, söz şәklindә isә yaradılmış olduğunu bildirirdilәr. Mötәzilәdәn fәrqli olaraq, Əşәrinin Allahın gözlә aydın görülmәsinin mümkünlüyü haqqında fikirlәrini Qәzzali vә Razi inkişaf etdirәrәk, mәnәn görmә ideyası ilә әvәzlәmişdilәr.

    Varlıq fәlsәfәsi. Ə.-nin tәbiәt fәlsәfәsi, әsasәn, atomizmә söykәnir. Kainat “hadis” (qeyri-әzәli) olub, bir-birinә bәnzәr cövhәrlәr (substansiyalar) vә müxtәlif növ әrәzlәrin (aksidensiyaların) mәcmusudur. Varlığın davamlılığı Allahın onu davamlı şәkildә yaratması ilә bağlıdır. Bir әrәz iki anda ardıcıl şәkildә mövcud ola bilmәz, cisimlәr vә cövhәrlәr dә әrәzlәrә bağlı olduğundan, anbaan yenilәnirlәr. Bu baxımdan kainat әbәdi deyil. Əşәrilәrin әksәriyyәtinә görә, hadisәlәr arasında sәbәb-nәticә әlaqәsi yoxdur. Filosofların determinizminә qarşı irәli sürülmüş, xüsusilә Qәzzalidә inkişaf edәn bu ideya әşәrilәrin okkazionalist indeteminizminә dәlalәt etmirdi. Belә ki, proseslәrin qanunauyğun xarakteri varlıqlara Allah tәrәfindәn qoyulmuş vә onun özünün dә pozmadığı konkret “adәtlәr”lә (qaydalarla) izah olunurdu.

    Əşәri alimlәri, mötәzilәdәn fәrqli olaraq, insanın iradә azadlığını yekdilliklә inkar edir, fatalizmә yaxınlaşma dәrәcәsinә görә isә bir-birlәrindәn fәrqlәnirdilәr. Əşәri “kәsb” nәzәriyyәsini irәli sürmüşdü; Allah insanın bütün iradi hәrәkәtlәrinin yaradıcısıdır, insan özü isә öz hәrәkәtlәri üzәrindә heç bir tәsir gücünә malik olmayıb, yalnız onları Yaradandan kәsb edir. Baqillani bu nәzәriyyәnin inkişafına tәkan vermәklә, onu fatalizmdәn  uzaqlaşdırmış,  hәrәkәtlәrin yaxşı vә ya pis olmasını insanın kәsbetmә qabilliyi, yәni onu icra etmәk vә ya etmәmәk bacarığı ilә әsaslandırmışdı. Mötәzililәrin etik obyektivizminә qarşı çıxan әşәrilәrә görә, gözәllik (“hüsn”) vә eybәcәrlik (“qübh”) insan davranışlarının tәbii xüsusiyyәti olmayıb, ilahi göstәrişlәrlә müәyyәnlәşir. Esxatologiyaya dair mәsәlәlәrdә әnәnәçilәri  dәstәklәyәn  Ə.  mötәzilәnin alleqorik yanaşmasına qarşı çıxırdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç