ƏŞRƏF, Mәlik Əşrәf (? – 1357, Tәbriz) – Çobanilәr sülalәsindәn Azәrb. hakimi [1344–57]. Qardaşı Kiçik Hәsәnin ölümündәn sonra hakimiyyәtә keçmişdi. Qәddarlığı vә zülmkarlığı ilә xalqın nifrәtini qazanan Ə.-ә qarşı 1344 ilin yazında Tәbrizdә üsyan oldu; sonralar hәtta nüfuzlu әmirlәr, o cümlәdәn Dәli Bәyazid vә b. da qiyam qaldırmışdı. Ə.-in zülmündәn әhali vәtәni tәrk edib qonşu ölkәlәrә qaçırdı. Bu zaman Qızıl Ordanın paytaxtı Saray ş.-nә köçәn Qazi Mәhiәddin Bәrdәi Qızıl Orda xanı Canı bәyi Ə.-ә qarşı mübarizәyә tәhrik edә bildi. Canı bәy 1356/57 ildә Tәbrizә daxil oldu. Əvvәlcә Mәrәndә, sonra isә Xoya qaçan Ə. tutularaq Tәbrizә gәtirildi vә Canı bәyin әmri ilә öldürüldü.